ABŞ lazım gələrsə xarici cinayətkar qrupları “partladacaq”
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, zərurət yaranarsa, ABŞ xarici cinayətkar qrupları “partladacaq” və bunu digər ölkələrlə əməkdaşlıq şəraitində edə bilər.
“İndi onlar bizə bu adamları tapmaqda və lazım gələrsə, onları partlatmaqda kömək edəcəklər,” – Rubio Ekvadora səfəri zamanı deyib.
O həmçinin açıqlayıb ki, ABŞ Ekvadorun ən böyük iki cinayətkar dəstəsini – Los Lobos və Los Chonerosu – xarici terror təşkilatları kimi tanıyacaq.
Bu açıqlamalar ABŞ qüvvələrinin Karib dənizindəki bir qayığa zərbə endirməsindən bir neçə gün sonra səslənib. Ağ Ev bildirib ki, həmin hücum nəticəsində 11 narkotik qaçaqçısı öldürülüb, amma onların kimliyi açıqlanmayıb.
BBC
Gülcan Salahova