ABŞ Maduronun pilotuna təsir göstərməyə çalışıb
“Associated Press”in məlumatına görə, ABŞ 2024-cü ilin aprelində Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsindəki pilotlardan birini ələ almağa cəhd edib. Pilot təyyarəni ABŞ bazalarında eniş etdirməyə dəvət olunub və əməkdaşlıq müqabilində varlı və xalq tərəfindən sevilən insan olacağı vəd edilib. Sentyabr ayında isə ABŞ agenti ilə son dəfə messencer vasitəsilə əlaqə saxlanıb və sonra nömrəsi bloklanıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ-nin əvvəllər Kuba prezidenti Fidel Kastronu aradan götürmək üçün müxtəlif planlar hazırladığı məşhurdur:
“ Hətta qələbə bayramında Kastronun çiyninə qonacaq sülh göyərçinlərini dəyişib əvəzində ayağına partlayıcı bağlanmış quşlar göndərildiyi və sair sui-qəsdlər təşkil edildiyi haqda da məlumatlar var. Venesuela prezidenti göründüyündən fərqli olaraq ABŞ üçün ciddi rəqibdir. ABŞ-nin qarşı gəldiyi, müharibə etdiyi ölkələr adətən müsəlman ölkələridir. Amma Venesueala barədə Qərbin, xüsusən Avropa dövlətlərinin də yanaşması fərqlidir. ABŞ-nin beynəlxalq hüquqi tapdanmasına heç bir beynəlxalq gec təsir edə bilmir. 2003-cü ildə nüvə silahı adı İraq kimi ölkəni dağıdıb, dövləti məhv edib, sonra da üzr istəyib ki, sən demə bomba yoxmuş. Qərbin ideoloji sistemləri maddiyyata, hegemonluğa əsaslanır deyə dəyərlərə, mədəniyyətə, mənəviyyata önəm vermir. Onların fəlsəfəsinə görə kim haqlıdırsa yox, kim güclüdürsə o haqlıdır. Bu məntiqlə də nə ABŞ nə də onun orbitində olanlar beynəlxalq hüquqi saymırlar. Venesuelaya hökumətinin şübhəsiz ki, bundan xəbərdar olmaması mümkün deyil. Maduro ilə ABŞ arasında münasibətlərin gərginləşəcəyi mümkündür. Bu da dünyada ümumi siyasi nizamın, siyasi harmoniyanın ahənginə təsir edəcək”.
Mələk Hüseynova