ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını yeniləyib
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib.
"İnformator.az" xəbər verir ki, bu barədə sözügedən qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatında deyilir.
Sənədə əsasən, məhdudiyyətlər səkkiz İran vətəndaşına, həmçinin İslam Respublikası və Birləşmiş Ərəb Əmirliyindən olan dörd şirkətə, eləcə də "Mahan Air" aviaşirkətinin iki "Boeing 777-200ER" təyyarəsinə şamil edilib.