ABŞ milyarderi İlon Mask: Mənim adım yəhudidir, mən yəhudiyə oxşayıram
X platformasında Fələstinə dəstək verən hesabları bloklamadığı üçün ABŞ-dakı yəhudi lobbilərinin təzyiqinə boyun əyən amerikalı milyarder İlon Mask maraqlı açıqlama verib.
Yəhudi xalqının ətrafında böyüdüyünü və ibrani dilini öyrədən uşaq bağçasına getdiyini ifadə edən Mask, "Mənim adım da çox yəhudi bir addır. 13 yaşımda İsrailə getdim. Dostlarımın çoxu yəhudidir. Bəzən düşünürəm ki, mən də yəhudiyəm? Deyirəm, mən yəhudi kimiyəm" dedi.
ELON MUSK LOBBİLƏRİN TƏZYİQİNƏ DÖZƏ BİLMƏDİ
ABŞ-lı milyarder iş adamı Elon Mask İsrailin hücumu altında Fələstinə dəstək verən hesabları bloklamadığı üçün ona hücum edən ABŞ-dakı yəhudi lobbilərinin təzyiqinə boyun əyib. Polşanın Krakov şəhərində keçirilən Avropa Yəhudi Birliyi konfransında danışan Musk Qəzza və Fələstinlilərin məhv edilməsini istəyən sionist köşə yazarı Ben Şapiro ilə müsahibəsində diqqətçəkən açıqlamalar verib.
Vüqar Alışov
