00:00:00
Yazar
Admin User
02.05.2025 17:22 181 1 dəq oxuma
Dünya

ABŞ Moskva və Kiyev arasında vasitəçi olmayacaq

ABŞ Moskva və Kiyev arasında vasitəçi olmayacaq

ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda bir daha vasitəçi rolunu oynamayacaq. Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus bildirib.

 

"Bizim bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtı çatıb", – deyə o söyləyib.

 

Məsələ ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika artıq hər iki tərəf üçün zəmin yaradıb:

 

“Amerika hər iki tərəfin tələblərini bir-birinə çatdırıb və bir çox müddəa üzrə razılaşma əldə olunub. Təbii ki, hələ də razılaşdırılmamış məsələlər mövcuddur. Avropa İttifaqının rolunun artacağını düşünmürəm, çünki hələ də birtərəfli mövqe sərgiləyirlər. Əgər bu münaqişədən fayda əldə etmək istəyirlərsə, Rusiya ilə müəyyən vədlər əsasında danışıqlara başlamalıdırlar. Rusiya ilə Ukraynanın birbaşa danışıqlar aparması mümkündür. Əgər Amerika tərəfi buna işarə edirsə, deməli, artıq zəmin formalaşıb".

 

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər