00:00:00
Yazar
Nərmin Həşimova
08.05.2026 20:52 21 1 dəq oxuma
Dünya

ABŞ Müdafiə Nazirliyi gizli UFO sənədlərini paylaşmağa başlayıb

ABŞ Müdafiə Nazirliyi gizli UFO sənədlərini paylaşmağa başlayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tanınmayan uçan cisimlərlə (UFO) bağlı bəziləri 1940-cı illərə aid olan gizli sənədlərin ilk hissəsini yayımlayıb. Uzun illər ictimaiyyətin  tələb etdiyi sənədlərin 160-dan çoxu Müdafiə Nazirliyinin internet saytında paylaşılıb. Fayllarda “uçan disklər”, “tanınmayan hava vasitələri” və son illərə aid müşahidə hesabatları yer alıb.
 

Bildirilib ki, araşdırmaya Federal Təhqiqat Bürosu, Milli Aeronavtika və Kosmik Agentlik və Milli Kəşfiyyat Direktorlugu kimi qurumlar da töhfə verib. ABŞ Müdafiə naziri Pete Hegseth açıqlamasında deyib:


“Gizlilik məxfiliyi altında saxlanılan bu sənədlər uzun müddətdir müxtəlif ehtimalları və müzakirələri artırırdı. Amerika xalqının bunları görməsinin vaxtı çatıb".


BBC NEWS
Səmayə Səftərova

#ABŞ #sənəd #paylaşır #müzakirə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər