ABŞ nüvə silahlarının azaldılması istiqamətində Rusiya ilə əməkdaşlıq edəcək
Vaşinqton ABŞ və Rusiyanın nüvə silahlarının azaldılması istiqamətində işə başlamağı planlaşdırır.
"İnformator.az" “İnterfaks”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz bunun üzərində işləməyə başlayacağıq", - o, ABŞ və Rusiyanın nüvə arsenallarının azaldılması perspektivləri ilə bağlı jurnalistlərin sualına cavab verib.