00:00:00
Yazar
Admin User
03.10.2025 18:43 94 1 dəq oxuma
Dünya

ABŞ narkotrafik gəmisini vurub

ABŞ narkotrafik gəmisini vurub

ABŞ-nin Cənub Komandanlığının əməliyyatı nəticəsində Venesuela sahilləri yaxınlığında narkotik daşıyan gəmi məhv edilib. ABŞ rəsmisi Pit Hegsethin verdiyi məlumata görə, Prezident Donald Trampın göstərişi ilə həyata keçirilən əməliyyatda terrorçu təşkilatlarla əlaqəli gəmi hədəf alınıb. Zərbə nəticəsində gəmidə olan dörd kişi öldürülüb, ABŞ qüvvələri isə itki verməyib.

 

Hegseth bildirib ki, gəmi ABŞ əhalisini “zəhərləmək” məqsədilə böyük miqdarda narkotik maddə daşıyıb. Onun sözlərinə görə, bu, son həftələrdə narkotrafik gəmilərinə qarşı həyata keçirilən dördüncü oxşar əməliyyatdır. “Bu zərbələr Amerika xalqına edilən hücumlar bitənədək davam edəcək", – deyə o xəbərdarlıq edib.

 

Donald Tramp isə açıqlamasında əməliyyatın on minlərlə insanın həyatını xilas etdiyini bildirib: “Bu gün səhər Venesuela sahillərində ABŞ ərazisinə daxil olmaq istəyən, 25-50 min insanı öldürə biləcək qədər narkotik daşıyan gəmi dayandırıldı",– deyə o Truth Social-da yazıb.

 

Son günlər ABŞ ilə Venesuela prezidenti Nikolas Maduro arasında gərginlik daha da artıb. ABŞ Cənubi Karib hövzəsinə hərbi dəniz qüvvələri yerləşdirib və bunu cinayətkar kartellərlə və narkotrafiklə mübarizə ilə əsaslandırıb. Bundan əlavə, Vaşinqton Maduronun tutulması üçün 50 milyon dollarlıq mükafat da elan edib.

 

ANEWZ 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər