“ABŞ-nin Çinə şərt irəli sürmək imkanları daha çoxdur”
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampa ölkələr arasında ticarət müqaviləsi üçün şərt qoyub.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin və bütövlükdə Qərbin Tayvandan əl çəkəcəyini düşünmürəm:
“Təbiidir ki, ABŞ-nin Prezidenti Donald Tramp Tayvanla bağlı bir çıxış yolu tapacaq. Nəzərə almaq lazımdır ki, Çinin ümumiyyətlə ABŞ ilə sərt, ultimativ şəkildə danışmaq imkanları yoxdur. Bu gün dünyada ultimativ dildə danışa biləcək tək dövlət Amerika Birləşmiş Ştatlarıdır, yerdə qalanlar bu iddiaya düşməməlidirlər, o cümlədən də Çin. ABŞ-nin Çinə şərt irəli sürmək imkanları daha çoxdur, nəinki, Çinin ABŞ-yə. Ümumiyyətlə unutmayaq ki, ABŞ Prezidenti Donald Tramp özünün indi ki, mərhələdə fəaliyyətinə başlayarkən onsuzda Çini yerinə oturdub. Ponoma kanalındakı çıxışı hər birimiz xatırlayırıq. Donald Tramp hakimiyyətə gələr-gəlməz Ponoma kanalını Ponomanın əlindən alacağını bildirib. Buda səbəbsiz deyildi. Çünki o xatırlayıb ki, biz Panama kanalını Panamaya təhvil verdik. Amma bu gün görürük ki, Panama kanalı Çin kanalına dönüb, yəni Çin ona nəzarət edir. Təbiidir ki, ABŞ bununla barışmaq fikrində deyil. Xatırlayıram ki, Donald Trampın bu bəyənatlarından dərhal sonra Çin Panama kanalındakı hissələrini Panamaya satmaq məcburiyyətində qalıb. Dirəniş belə göstərə bilməyib. Bunu nəzərə alsaq indiki şəraitdə Çinin Amerikanın üzərinə sərt şəkildə gedə biləcəyini deyə bilmərik, əksinə ABŞ Çini küncə sıxmağı bacaracaq”.
Həmçinin şərhçi qeyd edib ki, Çin və ABŞ arasında qısa gərginlik yaranarsa belə bu region ölkələrinə ciddi təsir göstərə bilməyəcək:
“Çünki Çinin arxasınca birmənalı şəkildə qeyd-şərtsiz gedəcək heç bir dövlət yoxdur. Yəni Çin Rusiya ilə bir sırada durur, yaxud da öz ətrafındakı çox kiçik dövlətlərə hansısa təsir edə bilər. Amma bunlar heç də o demək deyil ki, həmin dövlətlər Çinlə birləşib ABŞ-yə qarşı hansısa bir koalisiya quracaqlar və yaxud da sərt hərəkətlər edəcəklər. Bunu gözləməyə dəyməz”.
Aytac İbrahimova
