ABŞ-NİN "İQTİSADİ MÜHARİBƏ" PLANI - İQTİSADÇI AÇIQLAYIR
ABŞ-nin İrana qarşı elan etdiyi yeni iqtisadi təzyiq kampaniyası artıq sadəcə Tehrana tətbiq olunan növbəti sanksiyalar paketi kimi görünmür. Vaşinqtonun mesajı daha genişdir - məqsəd İranın xarici gəlirlərini, maliyyə əlaqələrini, beynəlxalq ticarət imkanlarını mümkün qədər daraltmaq, eyni zamanda Tehranla əməkdaşlıq edən üçüncü ölkələrə də təzyiq göstərməkdir.
Mövzu ilə bağlı "İnformator.az" ARB24-ə istinadən xəbər verir ki, iqtisadçı Eldəniz Əmirovun qeyd edib ki, Trampın İrana qarşı elan etdiyi müharibə təkcə İranın özü ilə məhdudlaşmayacaq:
"Hədəf olaraq ölkələr, banklar, yeni şirkətlər bu sanksiya çərçivəsində İranla münasibətlərdən təcrid olunmağa çalışacaq. Belə ki, 2025-ci ildə İranın dəniz daşımaçılığı ilə ixrac etdiyi neftin 80%-dən çoxu Çinə yönəlib".
Ekspert bildirib ki, bu, Çini də böyük ölçüdə təsirləndirəcək:
"Hörmüz boğazından daşımaçılığın minimuma endirilməsi dünyada neft qiymətlərinin daha da artmasına şərait yaradacaq".