00:00:00
Yazar
Zeynəb Yunuszadə
29.04.2026 21:17 27 1 dəq oxuma
Dünya

ABŞ-nin İrana qarşı blokadanı uzatma planı neft bazarını silkələdi: qiymətlər 119 dollara çatdı

ABŞ-nin İrana qarşı blokadanı uzatma planı neft bazarını silkələdi: qiymətlər 119 dollara çatdı

ABŞ-nin İrana qarşı tətbiq etdiyi blokadanın uzadılacağı ilə bağlı yayılan xəbərlər dünya bazarında neftin qiymətinə ciddi təsir göstərib.

Beynəlxalq bazarda “Brent” markalı xam neft aprelin 28-də 110 dollardan bir qədər yuxarı səviyyədə bağlandıqdan sonra, aprelin 29-da günortadan sonra bir barel üçün təxminən 119 dollara yüksələrək bu ayın ən yüksək göstəricisinə çatıb.

"İnformator.az" "BBC Türkçe" -yə istinadən xəbər verir ki, The Wall Street Journal nəşri ABŞ Prezidenti Donald Trump-ın İran iqtisadiyyatına təzyiqi artırmaq məqsədilə limanlara tətbiq olunan blokadanın uzadılması ilə bağlı hazırlıq tapşırığı verdiyini yazıb.

 

İran isə buna cavab olaraq Hörmüz Boğazında gəmi hərəkətinə maneələr yaratmağa davam edəcəyini bildirib.

 

Qeyd edək ki, strateji əhəmiyyətə malik bu boğaz münaqişə səbəbindən həftələrdir faktiki olaraq bağlıdır. Dünyada neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri məhz bu marşrutdan keçirdi.

#silkələdi: #blokadanı #neft #uzatma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər