ABŞ-nin Los-Anceles şəhərində silahlı hücum
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən bir partidə baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
ABC7 Los Angeles telekanalının xəbərinə görə, Los-Anceles Polis İdarəsinin rəsmisi şəhərdə keçirilən bir partiyaya yerli vaxtla saat 01:00 radələrində silahlı hücum edildiyini bildirib.
Rəsminin verdiyi məlumata əsasən, Gregory Derisso adlı şəxs hadisə yerində, 52 yaşlı bir qadın isə xəstəxanaya aparıldıqdan sonra həyatını itirib.
Hadisə nəticəsində 6 nəfərin yaralandığını bildirən rəsmi, onlardan birinin vəziyyətinin ağır olduğunu qeyd edib.
Hücum edən şəxsin kimliyi hələ müəyyən edilməyib.
Los-Ancelesin meri Karen Bass sosial media platforması X-də paylaşım edərək, həyatını itirənlərin ailələrinə başsağlığı verib və “Bu şəhərdə zorakılığa dözümlülük göstərilməyəcək” ifadəsini işlədib.
TRT HABER
Solmaz Muradova