00:00:00
Yazar
Admin User
07.09.2025 10:00 152 2 dəq oxuma
Siyasət

ABŞ-nin müdafiə strategiyasında dəyişiklik

ABŞ-nin müdafiə strategiyasında dəyişiklik

Birləşmiş Ştatlar əvvəlki strategiyasından geri çəkilərək, diqqətini ölkənin materik ərazisinin müdafiəsinə və Qərb yarımkürəsində təhlükəsizliyin təmininə yönəltməyi planlaşdırır.

 

Mövzu ilə bağlı Cavanşir Abbaslı "İnformator.az"a bildirib ki, Amerikanın siyasəti D.Trumpın ikinci dəfə hakimiyyətə qayıdışından sonra, dəyişmək istiqamətində gedir:

 

"Bu artıq artan xətlə davam davam etməkdədir. D.Trump Amerikanın dünyadakı gücünü və nüfuzunu qorumağın yeganə yolunu özündən sonrakı Çin və Rusiya kimi güclü ölkələrlə münasibətləri normal saxlamaqdan, tənzimlənməkdən keçir. Onun Rusiya ilə apardığı xarici siyasət diqqət çəkir hansı ki, Alyaskada aparılan danışıqlar onu göstərdi ki, Amerika Rusiyadan ehtiyat edir. Amerika hazırda təhlükəsizlik məsələləri olduqca diqqət yetirir, demək olar ki daim belə olub. Amerika hansısa bir ölkəylə bir başa savaşa girmək iqtidarında olmayıb. Savaş başqa ad altında getsə də Əfqanıstan İraq kimi nisbətən kiçik ölkələrlə savaşa birbaşa girib, terror məsələləri ilə bağlı. Ona görə də Rusiya kimi böyük güclə birbaşa savaşa girəcəyi gözlənilən deyil".

 

Siyasi şərhçi eyni zamanda bu siyasətin Ukrayna-Rusiya müharibəsinə olan təsirindən danışıb:

 

"Ukrayna məsələsinə gəldikdə isə Ukrayna ilə bağlı Trumpun siyasəti bəllidir.Birnöv Ukrayna "qurban verilib. Tarixi də qısa olaraq yad etsək, İkinci Dünya Müharibəsini unutmayaq. Müharibəni qızışdıran ölkələrin başında ABŞ gəlirdi, amma müharibəyə son 3 ayda qoşulan ABŞ oldu. O tarix boyu bu cür siyasət yeridib".


Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər