00:00:00
Yazar
Aysel Mirzəyeva
09.04.2026 21:09 22 2 dəq oxuma
Siyasət

“ABŞ-nin razılığı olmadan İsrailin addımı mümkünsüz görünür” - ŞƏRH

“ABŞ-nin razılığı olmadan İsrailin addımı mümkünsüz görünür” - ŞƏRH

İranın Xarici İşlər naziri Abbas Arakçı Pakistan ordusunun komandanı Asim Munirlə telefon danışığında İsrailin atəşkəs rejimini pozmasını müzakirə edib. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, İran hazırda qazandığı psixoloji üstünlüyü masa üzərinə yatırmaq xəttini yürüdür:

 

“Onun üçün də bir növ təhdidedici bu tipli açıqlamalar verilir. İrəli sürdüyü 10 bəndlik təkliflərin həyata keçməsinə çalışır. Danışıqların başlandığı, yəni 10 aprel tarixinə qədər bu tipli açıqlamaların çox şahidi olacağıq. Amma reallıq da bundan ibarətdir ki, İsrailin Livana zərbələr endirdiyinə dünya şahidlik edir. Bu da 14 günlük savaşla bağlı əldə olunan atəşkəsin ruhuna ziddir. Hazırda İran belə bir addım atıb razılaşmadan çıxarsa, bir o qədər də qınaq obyektinə tuş gəlməyəcək. Çünki iki həftəlik razılaşma əldə olunanda İran hücum etməyəcəyinə dair təminat verib. Amerika da təminat verib. Amma Livana da zərbələr endirilir. Təbii ki, burada deyilə bilər ki, İsrail tərəfinə zərbələr endirilir. Amma sözsüz ki, Birləşmiş Ştatların hər hansı bir razılığı olmadan İsrailin Livana zərbə endirməsi mümkünsüz görünür. Belə bir addımı atmağa da cəsarət etməzlər. İranı İranın rəqibləri, həm də bu istiqamətdə vurmaq istəyirlər. Əli dolu çamadanla danışıqlara İslamabada yollamaq istəyirlər. Proses bu formada davam edəcək və hər iki tərəf öz aləmində “qalib gəlib” düşüncəsi ilə İslamabada gedəcəklər. İsraildən də Livana zərbələrin əhatə dairəsi genişlənəcək. Hətta danışıqların getdiyi anlarda da bu zərbələrin şahidi ola bilərik. Amma istənilən halda İranın 14 günlük atəşkəs razılaşmasından çıxacağı düşünülmür”.

 

Cavanşir Abbaslı qeyd edib ki, regionda gərginlik pik həddə çatıb:

 

“Biz bu 14 gün müddəti bitəndən sonra nələrin olacağını indidən proqnozlaşdıra bilmərik. Amma istənilən halda yeni bir savaş gözlənilmir. Hər hansı bir formada da olsa, 14 gün müddətində tərəflər arasında müəyyən razılaşmalar olacaq. Müharibəni dayandıran razılaşma olacaq ki, hər iki tərəf məğlub kimi görünməsin. Bir sözlə, ortaq məxrəcə gələcəklər. Orta bir xətt müəyyənləşdirəcəklər. Yaxın Şərqdə qüvvələr balansında təbii ki, bəzi dəyişmələr özünü göstərməkdədir. Türkiyənin mövqeyi güclənir. İranın mövqeyi onsuz da güclü idi. Bu son savaşdan sonra daha da güclənəcək. Rusiya son illərdə Yaxın Şərqdə zəif mövqedə görünürdü. Buna səbəb isə təbii ki, Ukrayna savaşı idi. Ukrayna savaşının bitməsindən sonra Rusiya Yaxın Şərqdə mövqelərini gücləndirməyə cəhd edəcək. Bu istiqamətdə addımlar atan bir Kreml görə bilərik. Eləcə də Amerika və digər güclər Yaxın Şərqdə öz mövqelərini qorumağa və artırmağa çalışacaqlar. Ona görə də bu region həmişə bataqlıq kimi görünəcək və hər an müharibənin baş verə biləcəyi məkanlardan biri kimi qiymətləndiriləcək”.


Nuray Əliyeva

#olmadan #baki #addımı #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər