00:00:00
Yazar
Admin User
04.10.2025 17:56 29 1 dəq oxuma
Dünya

ABŞ-nin Texas ştatında atışma baş verib, iki uşaq ölüb, ikisi yaralanıb

ABŞ-nin Texas ştatında atışma baş verib, iki uşaq ölüb, ikisi yaralanıb

Texasın Anqlton şəhəri ətrafında yük maşınları üçün dayanacaqda baş verən atışma iki uşağın ölümü ilə nəticələnib, daha iki nəfər xəsarət alıb.


"İnformator.az”ın "ABC News"a istinadən verdiyi məlumata görə, bu barədə Brazoria dairəsinin şerif aparatı "Facebook"da məlumat yayıb.


"İlkin məlumata görə, 13 və 4 yaşlı iki uşaq həlak olub, 8 və 9 yaşlı daha iki uşaq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri ağırdır", - bəyanatda qeyd olunur.


Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları atəş açmaqda şübhəli bilinən qadını saxlayıb. Hadisənin təfərrüatları araşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər