ABŞ-nin təklif etdiyi yeni atəşkəs planı
ABŞ administrasiyası İsrail-Fələstin münaqişəsinin dayandırılması üçün yeni 20 maddəlik atəşkəs planı təqdim edib.
Mövzu ilə bağlı politoloq Sədrəddin İsmayılov “İnformator.az”a bildirib ki, ABŞ-nin yeni atəşkəs planı bölgədə yeni mərhələnin əsasını qoya bilər:
“ABŞ administrasiyasının təqdim etdiyi 20 maddəlik atəşkəs planı İsrail-Fələstin münaqişəsində mühüm dönüş nöqtəsi ola bilər. Sənəd dərhal atəşkəsi, girovların mərhələli azad edilməsini, humanitar yardımların maneəsiz çatdırılmasını və Qəzzada müvəqqəti idarəetmə mexanizminin qurulmasını nəzərdə tutur. ABŞ Prezidenti Donald Trampın təşəbbüsünü İsrailin Baş naziri Binyamin Netanyahu qəbul etməsi bu planın reallaşma ehtimalını gücləndirir. “Tramp bunu dünya üçün tarixi gün adlandırır və region dövlətləri ilə də məsləhətləşmələr aparır. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, Türkiyə, İndoneziya və Pakistan planı yalnız İsrailin ilhaq iddialarından imtina etməsi şərti ilə dəstəkləyib”, – deyə İsrafil vurğulayıb. Plan Qəzzanın idarəçiliyini texnokratlardan ibarət komitəyə həvalə edir və beynəlxalq “Sülh Şurası”nın nəzarətini nəzərdə tutur: “Bu, bölgədə sabitlik və yenidənqurma üçün vacib addımdır. HƏMAS-ın silahları təhvil verib girovları azad etməsi beynəlxalq ictimaiyyətin əsas gözləntisidir”.
Fatimə Hüseynli
