00:00:00
Yazar
Admin User
17.09.2025 17:07 61 1 dəq oxuma
Dünya

ABŞ prezidenti Çinə səfər edə bilər

ABŞ prezidenti Çinə səfər edə bilər

ABŞ Prezidenti Donald Trampın yaxın aylarda Çinə səfər edəcəyi ilə bağlı xəbərlər iki ölkə münasibətlərində diqqət mərkəzinə çevrilib.


Mövzu ilə əlaqədar Politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki,belə bir addımın əsas məqsədi iqtisadi və ticarət sahəsindəki gərginliyi yumşaltmaq, tərəflər arasında kompromis imkanlarını müzakirə etmək ola bilər:

 


“ABŞ üçün Çinlə sabit dialoq həm qlobal bazarlarda balansın qorunması, həm də Asiya-Sakit okean regionunda təsir imkanlarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Pekin isə bu səfəri öz mövqeyinin beynəlxalq səviyyədə tanınması və regional siyasətdə daha güclü tərəfdaş kimi çıxış etmək fürsəti kimi dəyərləndirə bilər.Səfərdən sonra ABŞ-Çin münasibətlərində müəyyən pozitiv impulslar yaransa da, qarşıdakı mərhələdə tərəflərin rəqabət elementləri üstünlük təşkil etməyə davam edəcək. Xüsusilə texnologiya, təhlükəsizlik və Tayvan məsələsi üzrə fikir ayrılıqları dialoqun dərinləşməsinə mane ola bilər. Bununla belə, yüksək səviyyəli görüş qarşılıqlı əlaqələrin idarəolunan məcrada saxlanmasına, böhranların daha böyük qarşıdurmaya çevrilməsinin qarşısını almağa xidmət edə bilər. Beləliklə, səfər münasibətlərdə yeni başlanğıc olmasa da, münaqişə risklərinin azaldılması üçün əhəmiyyətli diplomatik platforma yarada bilər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər