00:00:00
Yazar
Lalə Qafarova
28.04.2026 22:22 13 1 dəq oxuma
Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ABŞ-dən Hürmüz Boğazının açılmasını istəyib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ABŞ-dən Hürmüz Boğazının açılmasını istəyib

 

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, İran rəhbərliyi onlardan Hürmüz Boğazındakı blokadanın aradan qaldırılması üçün müraciət edib.

Tramp sosial media hesabında İranla Hürmüz Boğazının açılması ilə bağlı davam edən danışıqlar haqqında paylaşım edib.

Hürmüz Boğazında tətbiq etdikləri blokadaya toxunan Tramp bildirib ki, Tehran rəhbərliyi ona “İranda sistemin çökmək üzrə olduğunu” çatdırıb.

 

Tramp deyib: “Onlar rəhbərlik vəziyyətini aydınlaşdırmağa çalışarkən (və düşünürəm ki, bunu bacaracaqlar), bizdən Hürmüz Boğazını mümkün qədər tez açmağımızı istəyirlər".


İran, ABŞ və İsrailin 28 fevralda həyata keçirdiyi birgə hücumlarla başlayan müharibədən sonra qlobal enerji üçün strateji əhəmiyyət daşıyan Hürmüz Boğazını gəmilərin keçidi üçün bağlayıb. Bu qərardan sonra neft qiymətləri müharibədən əvvəlki dövrlə müqayisədə təxminən 65%-ə qədər artıb.

ABŞ ilə İran arasında 8 aprel tarixində əldə olunan atəşkəs razılaşmasından sonra Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda nəticə əldə olunmadığından, Donald Tramp 13 aprel tarixində İrana qarşı dəniz blokadası tətbiq etmək qərarı verib. Hürmüz Boğazına daxil olan və çıxan İranla əlaqəli gəmilərə müdaxilə etməyə başlayıb.


TRT HABER 
Reyhan Qulizadə

#prezidenti #ki # #baki #abş-dən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər