00:00:00
Yazar
Admin User
29.09.2025 19:00 105 2 dəq oxuma
Siyasət

ABŞ Prezidenti Konqres liderləri ilə görüşəcək

ABŞ Prezidenti Konqres liderləri ilə görüşəcək

 

ABŞ Prezidenti Donald Tramp federal hökumətin bağlanmasının qarşısını almaq üçün Konqresdəki hər iki partiyanın liderləri ilə görüşməyi planlaşdırır. 

 

Mövzu ilə əlaqədar politoloq Elçin Xalidbəyli "İnformator.az" a olan açıqlamasında bildirib ki, ABŞ-də hazırda ölkədaxili siyasi proseslər gərginləşmək istiqamətində inkişaf edib:

 

 "ABŞ cəmiyyəti parçalanan vəziyyətdədir, eyni zamanda ABŞ dövlət büdcəsi də olduqca ciddi problemlərlə üzləşir. ABŞ-nin büdcə kəsiri böyük məbləğlərdə göstərilir və konqresdə federal hökumətin Tramp administrasiyasının fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlərin qoyula biləcəyi gözlənilir. Hazırda Tramp administrasiyası bu problemlərin aradan qaldırılması üçün konqresin aparıcı avanqard təmsilçiləri ilə görüşlər keçirirlər. Əsas məqsəd ondan ibarətdir ki, ABŞ hökumətinin normal fəaliyyətini təmin edəcək səviyyədə maliyyələşdirilmə məsələləri həlk edilmiş olsun. Bu məqsədə hansı səviyyədə çatılacağı konqresin aparıcı təmsilçiləri ilə prezident Trampın görüşündən sonra aydınlaşmağa başlayacaq. Əgər anlaşma olarsa, Tramp administrasiyası üçün pozitiv fəaliyyət imkanları açmış olacaq. Yox əgər anlaşma əldə olunmazsa, Tramp administrasiyası ciddu problemlərlə üzləşəcək. Onsuzda ABŞ cəmiyyətində Tramp administrasiyasının fəaliyyəti ilə bağlı müəyyən qədər etiraz dalğası mövcuddur, narazılıqlar artan xətt üzərində inkişaf edir. Bu baxımdan hesab etmək olar ki, Tramp administrasiyası çətin vəziyyətə düşüb və indi prezident Trampın görüşdən hansı nəticələrlə çıxacağı bütövlükdə ABŞ üçün gələcək prioritetləri dəqiqləşdirə bilər hətta ABŞ-nin gələcək taleyi baxımından da əldə olunacaq razılaşmalar böyük önəm daşıya bilər".

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər