ABŞ Prezidenti "Qızıl Kart" proqramının yaradılması haqqında sərəncam imzalayıb
ABŞ Prezidenti Donald Tramp ABŞ-də daimi yaşamaq hüququ əldə etmək istəyənlər üçün "Qızıl Kart" proqramının yaradılması haqqında sərəncam imzalayıb.
"İnformator.az" xəbər verir ki, kart fiziki şəxslər üçün 1 milyon dollara, korporasiyalar üçün 2 milyon dollara təqdim ediləcək. Həmçinin proqramı çərçivəsində “Platinum Kart" da təqdim edilir. Bu kartın qiyməti 5 milyon dollar olacaq və sahiblərinə ABŞ-dən kənarda əldə edilən gəlirlərdən vergi tutulmadan ildə 270 günə qədər ABŞ-də qalmaq imkanı verəcək.
İmzalanma zamanı ticarət katibi Hovard Lutnik yeni proqram çərçivəsində büdcəyə 100 milyard dollardan çox vəsaitin cəlb ediləcəyini bildirib.