ABŞ Prezidenti Tramp: Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyəm
ABŞ Prezidenti Donald Tramp prezident Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyini açıqlayıb.Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. Tramp prezident Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyini bildirib.
Prezident Ərdoğanla görüşmək istəyini vurğulayan Tramp deyib:
“Prezidentlə çoxsaylı ticarət və hərbi sazişlər üzərində işləyirik, o cümlədən irimiqyaslı “Boeing” təyyarələrinin alınması, əhəmiyyətli bir F-16 müqaviləsi və müsbət nəticələnəcəyini gözlədiyimiz F-35 danışıqlarının davam etdirilməsi.
Prezident Ərdoğanla mənim hər zaman çox yaxşı münasibətimiz olub. Onu 25 sentyabrda görməyi səbirsizliklə gözləyirəm!”
Haber Global
Aydan Məmmədova