ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi elçisi Kiyevə səfər edəcək
ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi elçisi Kit Kelloq iyulun 14-də Kiyevə səfər edəcək.
"İnformator.az"ın məlumatına görə, bu barədə K.Kelloq "Novosti Live" portalına bildirib.
"Biz iyulun 14-də Kiyevdə olacağıq. Orada bütün həftə boyu qalacağıq", - o qeyd edib.