00:00:00
Yazar
Admin User
24.09.2025 18:59 232 2 dəq oxuma
Dünya

ABŞ Putinin təklifini rədd edib

ABŞ Putinin təklifini rədd edib

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin əsas səbəblərinin aradan qaldırılması ilə bağlı təklif irəli sürüb. Lakin ABŞ bu mövzuda müzakirədən qəti imtina edib. Peskov qeyd edib ki, dialoq kanalları açıq qalıb.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin atəşkəsi yalnız öz şərtləri müqabilində qəbul edə bilmə niyyəti ABŞ-nin vasitəsi ilə qəbul edilmir:

 

“Ukrayna - Rusiya arasındakı müharibədə kifayət qədər ərazi ələ keçirməyi danışıqlarda üstünlük qazanmasına əsas kimi görən Putin çəkinmək niyyətində deyil. Bunun ən vacib səbəbi də bu müharibədə sülhə məcburetmə təsirlərinin zəif olmasıdır. Münaqişənin əsas səbəbləri deyərkən yenə də öz maraqlarını diqtə etməyə çalışır və imtina ediləcəyini də əvvəlcədən bildiyi üçün bunu davam etməyə bəhanə olaraq istifadə edib. ABŞ-nin danışıqlardan imtinasının səbəbi Rusiyanın buna hazır olmamasıdır. Sonra isə sülhü gərəktirən amillərdən qaçmasıdır. Rusiya isə sözdə "dialoq kanalları"nın açıq olmasını qeyd etməklə öz şərtlərinə uyğun razılıq olarsa davam edə biləcəklərini bəyan edib. Ukrayna tərəfinin münasibəti nəticədən asılı olacaq. Çünki sadəcə danışıqdan imtina və ya razılıq məsələnin aqibətini tam ortaya qoymur. Yaxın zamanda bu imtinadan doğan hadisələr baş verəcək. Ola bilsin ABŞ-nin də artıq Rusiyaya qarşı daha ciddi təziq olanları var. Ona görə də bu danışıqların baş tutmasında o qədər də maraqlı deyil. Ukraynanın münasibəti əvvəlcədən nəsrə alınmış olmalıdır”.

 

Politoloqun sözlərinə görə, mövzu həmin ölkədirsə onun rəhbərliyinin mövqeyi əvvəlcədən məlum olub:

 

“Belə danışıqların baş tutması hazırda bu müharibənin taleyinə heç bir müsbət təsir göstərə bilməz. Rusiya "Ukrayna münaqişəsinin əsas səbəbləri" deyərkən təbii ki, Qərbin maraqlarını nəzərdə tutur. Bu ifadə birbaşa ABŞ-nin və Avropa Birliyinin çəkilməsi tələbi kimi qiymətləndirilə bilər. Belə olduğu halda da təbii ki, ABŞ-nin Rusiya ilə danışıqları baş tutmaz yaxud nəticəsi olmaz. Hər halda ABŞ-nin və Avropanın məqsədi Rusiya Ukrayna müharibəsində güc balansı yaratmaqdır ki, təcavüzkar masaya əyləşməyə məcbur qalsın”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər