00:00:00
Yazar
Admin User
24.12.2025 17:42 87 1 dəq oxuma
Siyasət

ABŞ Qəzzada bunu bizə təklif edib

ABŞ Qəzzada bunu bizə təklif edib

Hazırkı mərhələdə Azərbaycanın Qəzzada beynəlxalq sabitləşdirmə missiyasında iştirakından danışmaq tezdir.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nikkei" nəşrinə bildirib.

 

O qeyd edib ki, ABŞ Azərbaycana missiyaya qoşulmağı təklif edib, lakin hələ yekun qərar qəbul olunmayıb.


H.Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzadakı missiyanın döyüş əməliyyatlarının aparılması qaydaları, fəaliyyət proseduru və səlahiyyətləri barədə aydın məlumat vermir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər