ABŞ sanksiyaları Rusiyanın neft satışına zərbə vurur
Keçən ilin böyük bir hissəsində Vaşinqton Moskvanın müharibə maşınını puldan məhrum etməyə çalışdı və bunu qismən Rusiyanın ən sadiq müştərilərindən birini Hindistanı oyundan çıxarmaqla etməyə cəhd edib.
Donald Trampın rəhbərliyi altında aparılan təzyiq kampaniyası çərçivəsində Ağ Ev Yeni Dehlinin bir çox ixrac məhsullarına yüksək tariflər tətbiq edib və Kremlin iki ən böyük neft şirkətinə sanksiya qoyub.Bu strategiya işləyirmiş kimi görünüb. Hindistan Rusiyadan neft almağı tam dayandırmasa da, alışlarını xeyli azaldıb və daha çox Yaxın Şərqdən tədarükə üstünlük verməyə başlayıb.
CNN News
Ədilə Hüseynzadə