00:00:00
Yazar
Admin User
18.09.2025 10:26 92 1 dəq oxuma
Dünya

ABŞ SEPAH-çılara görə 10 milyon mükafat təyin edib

ABŞ SEPAH-çılara görə 10 milyon mükafat təyin edib

ABŞ hökuməti SEPAH-ın üç kiber əməliyyatçısı haqqında məlumat üçün 10 milyon dollar mükafat təyin edib.

 

"İnformator.az" xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Məlumata görə, ABŞ Federal Təhqiqat Bürosu (FTB) sentyabrın 17-də SEPAH-ın Əli Ağamiri, Yasər Bəlagi və Məsud Cəlili adlı 3 əməkdaşının zərərli kiber fəaliyyətlərlə bağlı axtarışda olduğunu açıqlayıb.

 

FTB-nin məlumatına görə, üç iranlı mühafizə olunan kompüterdən məlumat əldə etmək, sui-qəsd və saxta identifikasiya yolu ilə dələduzluq və xarici terror təşkilatlarına maddi dəstək verməkdə ittiham olunur.


Qeyd edək ki, ötən ilin sentyabrında Vaşinqton məhkəməsi SEPAH-ın üç əməkdaşını kiber fəaliyyətlə bağlı çoxsaylı cinayətlərdə ittiham edib və onların həbsinə order verib.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər