00:00:00
Yazar
Admin User
18.08.2025 18:15 96 1 dəq oxuma
Dünya

ABŞ silahları Ukrayna üçün həyati əhəmiyyətlidir

ABŞ silahları Ukrayna üçün həyati əhəmiyyətlidir

Bu proqram və bu imkan üçün minnətdarıq. Avropaya da təşəkkür edirik, çünki xərci onlar qarşılayır.


"İnformator.az" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

 

Zelenski NATO-nun yeni silah təşəbbüsünə görə ABŞ-a və Avropa ölkələrinə təşəkkür edibv və bildirib ki, bu proqram NATO üzvlərinə ABŞ-dan silah alaraq Ukraynaya göndərməyə imkan verir.

 

ABŞ Prezidenti Donald Tramp da proqramı müsbət dəyərləndirib. O qeyd edib ki, bu yolla ABŞ Ukraynaya birbaşa silah vermir, sadəcə müttəfiqlərinə hərbi texnika satır.

 

Zelenski vurğulayıb ki, ABŞ silahları, xüsusilə hava hücumundan müdafiə sistemləri Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıyır:


“Avropada heç kimin “Patriot” sistemləri bu qədər çox deyil. Bizə bu silahlar çox lazımdır”

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər