00:00:00
Yazar
Güllər Gülhüseynova
12.03.2026 08:07 11 1 dəq oxuma
Dünya

ABŞ strateji neft ehtiyatından 172 milyon barel neft ayıracaq

ABŞ strateji neft ehtiyatından 172 milyon barel neft ayıracaq

Vaşinqton administrasiyası strateji neft ehtiyatından 172 milyon barel neft buraxacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi açıqlama verib.

 

Nazirlik tədarüklərin gələn həftə başlayacağını və çatdırılmanın təxminən 120 gün çəkəcəyini açıqlayıb.

 

Qeyd olunur ki, strateji ehtiyatın gələn il ərzində təxminən 200 milyon barel neftlə tamamlanması planlaşdırılır.

 

Hazırda ABŞ ehtiyatında ümumi icazə verilən 714 milyon barel tutumdan təxminən 415 milyon barel neft var.

#gündəm #yeni #barel #abş #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər