00:00:00
Yazar
Admin User
03.08.2025 16:35 137 1 dəq oxuma
Dünya

ABŞ Türkiyənin icazəsi olmadan bunu edə bilməz

ABŞ Türkiyənin icazəsi olmadan bunu edə bilməz

 

ABŞ-nin nüvə sualtı qayıqları və digər gəmilərinin Dardanel və Bosfor boğazlarından Qara dənizə keçməsi üçün Türkiyədən icazə alması tələb olunur.

 

"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq eksperti Hakkı Hakan Erkiner deyib.

 

Ekspert vurğulayıb ki, boğazların rejimi ilə bağlı Montrö Konvensiyasına uyğun olaraq, Türkiyənin sülh dövründə hərbi gəmilərin keçidinə nəzarət etmək üçün tam hüquqi səlahiyyəti var. Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyadan gələn təhdidlərə cavab olaraq, iki nüvə sualtı qayığının "müvafiq bölgələrdə" yerləşdirilməsinə göstəriş verdiyini açıqlayıb, lakin dəqiq əraziləri qeyd etməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər