00:00:00
Yazar
Admin User
27.09.2025 06:14 85 1 dəq oxuma
Dünya

ABŞ Türkmənistanla tərəfdaşlığın güclənəcəyinə ümid edir

ABŞ Türkmənistanla tərəfdaşlığın güclənəcəyinə ümid edir

ABŞ Türkmənistanla tərəfdaşlığın genişlənməsinə ümid edir.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Müstəqillik Günü münasibətilə türkmən həmkarı Serdar Berdimuhammedova ünvanladığı təbrik məktubunda qeyd edib.

 

Təbrik mətni "Neytral Türkmənistan" rəsmi qəzetində dərc olunub.

 

"Birləşmiş Ştatlar Türkmənistanın müstəqillik əldə etdiyi vaxtdan bəri qurulan münasibətləri yüksək qiymətləndirir… Regional çağırışların həllində və iqtisadi imkanların genişləndirilməsində sizinlə birgə işləməyə ümid edirəm. Səmimi olaraq inanıram ki, qarşıdakı ildə ABŞ və Türkmənistan tərəfdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə biləcək", - Tramp bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər