00:00:00
Yazar
Admin User
15.11.2025 16:48 143 1 dəq oxuma
Dünya

ABŞ Tailandla ticarət danışıqlarını dayandırıb

ABŞ Tailandla ticarət danışıqlarını dayandırıb

ABŞ Kamboca ilə sərhəddəki vəziyyətə görə Tailandla ticarət sazişi üzrə danışıqları dayandırıb.


"İnformator.az"ın məlumatına görə, bu barədə EFE agentliyi Tailand Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.

 

Buna səbəb Banqkokun bu həftənin əvvəlində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə oktyabrda imzalanmış və sərhəddəki qarşıdurmaya son qoymuş sülh sazişinin şərtlərinə əməl etməyi dayandırmasıdır.

 

XİN bəyan edib ki, ABŞ administrasiyasından danışıqların dayandırılması barədə məktub alıb. Məktubda qeyd olunub ki, Tailand sülh sazişinin şərtlərinə əməl etməyə qayıdana qədər ticarət danışıqları davam etdirilməyəcək. Sənəddə həmçinin Tailand və Kambocanın vəziyyəti tezliklə həll edəcəyinə ümid ifadə olunub.


Banqkok Vaşinqtonun qərarına təəssüfünü bildirib və vurğulayıb ki, təhlükəsizlik məsələlərini hər iki tərəf üçün maraq doğuran ticarət məsələləri ilə qarışdırmaq olmaz.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər