“ABŞ və bəzi dövlətlər nəyin bahasına olursa-olsun sülhə nail olmaq istəyirlər”
“Ukraynanın sülhə indiyə qədər olduğundan daha yaxındır, amma mümkün razılaşma üçün riskli addımlar atılmamalıdır”,-deyə Kallas bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Xanım Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsidir:
“Buna görə sülh danışıqlarına zərər verməmək üçün diplomatik ifadələrdən istifadə edir. Bu ifadədə də belə diplomatik ifadələrdəndir. Bunu istənilən kimi dəyərləndirmək olar. Ancaq xanım Kallas yaxşı bilir ki, sülh üçün münbit şərait mövcud deyil. NATO-nun bu mərhələdə rolunu yüksək qiymətləndirmək mümkün deyil, çünki Alyansda fikir ayrılığı var. ABŞ və bəzi dövlətlər nəyin bahasına olursa-olsun sülhə nail olmaq istəyirlər. Bu isə NATO-nun böyük əksəriyyətinin əleyhinədir. Münaqişənin nəticələri yalnız Avropa təhlükəsizlik sisteminə deyil, bütün dünyanın təhlükəsizlik sisteminə təsir göstərəcək. Bu təsirlərin necə olacağı isə münaqişənin necə bitməsinddən asılı olacaq”.
Aytac İbrahimova
