ABŞ və Çin arasında danışıqlar aparılmır
ABŞ rəsmisi Ceymison Qrir bildirib ki, Vaşinqton və Pekin arasında tariflərlə bağlı rəsmi danışıqlar aparılmır. O, aprelin 2-dən əvvəl çinli həmkarı ilə virtual görüş keçirdiyini və bunun konstruktiv göründüyünü deyib. Qrirə görə, tariflərin məqsədi Çin iqtisadiyyatına zərər vurmaq deyil, ABŞ iqtisadiyyatını bərpa etməkdir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az" a açıqlamasında bildirib ki, Tramp prezident seçildikdən sonra əsas məqsədi Çini iqtisadi cəhətdən çökdürməkdir:
"Eyni zamanda Çini Avropa və Latın Amerikası ölkələrinin bazarlarından çıxarılmasıdır. Məlum oldu ki, İkinci Dünya müharibəsindən sonra Avropa bazarlarında əsas hökmranlıq məhz ABŞ-nin əlində idi. Lakin son zamanlarda ABŞ-nin istehlak gücünün zəifləməsindən istifadə edən, Çin Avropa bazarlarında öz pras-potensialını sürətli şəkildə artırıb. Hazırda Avropa İttifaqına daxil olan ölkələrlə Çinin arasındakı ticarət dövriyyəsi xeyli sayda artıb. 2000-ci illərə nisbətən ticarət dövriyyəsində çox yüksək artım var. Buna paralel şəkildə Çin, Amerika ilə qonşu olan ölkələrlə Meksika olsun, Kanada olsun, Panama olsun bu kimi bölgələrdə öz iqtisadi fəaliyyətinə davam edir. Məsələn: Panamanın mühüm kanalları Çinin əlindədir. Kanadanın ticarət dövriyyəsi son zamanlar sürətli şəkildə artıb".
O, həmçinin açıqlamasında bildirib ki, ABŞ-nin əsas planı Çinin özünü iqtisadi cəhətdən blakadaya almasına mane olmaqdır:
"Yəni maksimum şəkildə çalışır ki, bu məsələlərdən yan keçsin və Çinə iqtisadi zərbələr vuraraq zəiflətsin. Bu tariflərin region ölkələrə çox böyük təsiri olacaq. Xüsusilə də Çinlə geniş ticarət əlaqələri olan, ölkələrə bu tariflərin böyük ölçüdə təsiri olacaq. Eyni zamanda tariflərin davam etməsi dünya bazarlarında yeni bahalaşma dalğasının gəlməsinə səbəb ola bilər. Ənənəvi şirkətlərin səhimlərində ucuzlaşma tele-kommunikasiya mallarında artmaya səbəb olur. Təbii ki, bura hibrid avtomobillər daxildir. Onların bazardakı qiymətləri sürətli şəkildə arta bilər. Bu tariflərə qarşı Çin hökməti çox böyük ehtimalla özünün müdafiə paketini qəbul edəcək və eyni zamanda Çin bu tariflərə cavab verməlidir. Yəqin ki həm istesalat gücünü artırmaqla, həm də Amerikaya eyni cür tarif paketi təqdim etməklə cavab veriləcək. Onsuzda Çin bundan öncə Amerikaya qarşı müəyyən dərəcədə tarif paketi qəbul edib və yəqin ki yeni bir paketdə qəbul edilər".
Ayşən Səlimova