00:00:00
Yazar
Admin User
27.11.2025 17:58 107 2 dəq oxuma
Siyasət

ABŞ və Çinin yaxşı münasibətləri Yaponiya üçün faydalıdır

ABŞ və Çinin yaxşı münasibətləri Yaponiya üçün faydalıdır

 

Pekin və Vaşinqton yaxşı münasibətlər qurublar və bu, o cümlədən Tokioya da fayda verir. Tramp ABŞ-nin Yaponiya, Çin və Cənubi Koreya ilə əla ticarət müqavilələri bağladığını qeyd edib. Adı açıqlanmayan yapon rəsmiləri qəzetə bildiriblər ki, Tramp Vaşinqtonun Pekinlə münasibətlərini yaxşılaşdırmaq riskini üzərinə götürmək istəmir.

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Çin SSRİ-nin daha modern və təkmil versiyasını yaradıb:

 

"Amerika ilə Çin arasında əslində çox ciddi rəqabət mövcuddur. Bu rəqabət əsasən iqtisadi sahədə özünü göstərsə də, siyasi və geosiyasi kontekstdə də aydın şəkildə təzahür edir. Çin bugün Amerikanın ən böyük rəqibi sayılır, çünki ABŞ-lə real rəqabət aparmağa qadir yeganə gücdür. Hətta demək olar ki, Çin SSRİ-nin daha modern və təkmil versiyasını yaradıb. Siyasi olaraq sosialist-kommunist olduqlarını bildirsələr də, iqtisadi modelləri neoliberal modelə olduqca yaxındır. Bu baxımdan Trampın “yaxşı münasibətlər var” deməsi reallığı tam əks etdirmir, sadəcə tərəflər açıq toqquşma və birbaşa müharibə vəziyyətində deyillər. Bunun səbəbi də fərqli cəbhələrdə yaşanan proseslərlə bağlıdır. Məsələn, Rusiya və Ukrayna müharibəsi fonunda çoxları Rusiyanı Amerikanın rəqibi kimi görür, amma bu tam doğru deyil. Əslində ABŞ və Çin rəqabəti Ukrayna müharibəsinin də fonunda dayanır və dolayı yolla hər iki tərəf burada maraqlarını tətbiq edir. İqtisadi baxımdan isə maraqlı bir vəziyyət mövcuddur. İki ölkənin iqtisadiyyatları biri-birinə sıx bağlıdır. Hər iki ölkənin böyük şirkətləri qarşı tərəfin bazarlarında fəaliyyət göstərir və bu da qarşılıqlı asılılıq yaradır".

 

Ekspertin sözlərinə görə, Yaponiya Tayvan mövzusunda öz mövqeyini açıq şəkildə bildirib:

 

"Yaponiya məsələsinə gəldikdə, Yaponiyanın Çinlə xüsusi, birbaşa problemi yoxdur. Tayvan məsələsində isə regionda Amerikanın maraqlarının həyata keçirilməsi böyük ölçüdə Yaponiya üzərindən gedir. Yaponiya Tayvan mövzusunda öz mövqeyini açıq şəkildə bildirib. Çinlə Yaponiya arasındakı ziddiyyətlər isə əslində II Dünya müharibəsi dönəminə gedib çıxır. O zaman Yaponiya Çini bir neçə dəfə işğal etməyə cəhd göstərmiş və bunu müəyyən qədər bacarmışdı. Bu gün bunun təkrarlanması real deyil, amma Çin hakimiyyətinin formalaşması da məhz yaponların bölgədən çıxarılmasından sonra baş verib. Bu tarixi yaddaş iki ölkə arasında münasibətlərin tam “dostcasına” olmasına mane olur və müəyyən konfliktlərin qalmasına səbəb olur. Yaponiya ilə Çinin yaxınlaşması regionda çox şeyi dəyişə bilərdi, lakin belə bir yaxınlaşmanın baş verməsini real hesab etmirəm. Çünki bu iki ölkə tamamilə fərqli siyasi və iqtisadi modellərə malikdirlər və onların ciddi şəkildə yaxınlaşması mümkün görünmür".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər