ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Avqustun 12-dən 20-dək Ermənistan ərazisində ABŞ ilə birgə hərbi təlimləri keçiriləcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrika üzrə quru qoşunları, eləcə də Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq.