00:00:00
Yazar
Admin User
08.09.2025 17:31 193 2 dəq oxuma
Siyasət

ABŞ və Fransa arasında diplomatik qarşıdurma

ABŞ və Fransa arasında diplomatik qarşıdurma

Fransada antisemitizm hallarının artması ABŞ-nin prezidenti Donald Trampı narahat edib. ABŞ-nin Fransadaki səfiri Çarlz Kuşner də narahatlığını ifadə edib. O Fransa prezidenti Emmanuel Makronu antisemitizmə qarşı kifayət qədər mübarizə göstərməməkdə ittiham edib.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, AŞB və Fransa arasında yaşanan bu münaqişə dövlətlərin arasındaki münasibətlərə, həmçinin NATO-nun daxili münasibətlərinə təsir edə bilər:

 

“ABŞ-nin Fransadaki səfiri Çarlz Kuşner Fransa prezidenti Makrona açıq məktub ünvanlayıb. Həmin məktubda Fransada yəhudilərə qarşı küçələrdə günü-gündən artan hücumları, Fransa mətbuatında İsrail hökümətinin bu və digər formada tənqid olunması, hətta Fransadaki orta məktəb dərsliklərində yəhudilərin almanlar tərəfindən ikinci Dünya müharibəsində məhv edilməsi ilə əlaqədar lazım olan məlumatlar olmadığı üçün ittiham edib. Əlavə olaraq, Çarlz Kuşner qeyd edib ki, bütün bunlar Fransa dövlətinin başçısı Makronun sentyabr ayında BMT-də keçiriləcək Baş Assembliyada Fələstin dövlətinin tanınması haqqında bəyanatından və Qəzza bölgəsindəki soyqırımdan sonra olub. Çarlz Kuşner biznes aləminin adamı olmaqla yanaşı, Trampın qızı İvan Trampın həyat yoldaşının atasıdır. Bundan sonra Fransa höküməti Kuşneri Xarici İşlər Nazirliyinə dəvət edərək, ona narazılıq notası verib. Onu Fransanın daxili işlərinə qarışmaqda ittiham ediblər. Bundan sonra cənab Kuşner qeyd etmişdir ki, “Bəli, mən doğurdan da, profesional diplomat deyiləm. Ancaq Fransanın bu hərəkətləri ABŞ-Fransa münasibətlərinə təsir edə bilər”.

 

Ekspertin sözlərinə görə, Kuşnerdən öncə də İsrailin baş naziri Makrona belə bir məktub ünvanlayıb:

 

“O bu məktubda Fələstin dövlətinin tanınması ilə əlaqədar addım atmamağa və onun bu addımının Fransada yaşayan yəhudilərlə toqquşmaya səbəb olmasını əsas göstərib. Nəzərə almaq lazımdır ki, bu gün Fransada altı yüz mindən çox yəhudi əsilli Fransa vətəndaşı yaşayır. Və bir neçə milyon İslam dininə xidmət edən Fələstinlilər və digərləri yaşayır. Bununla əlaqədar ABŞ-nin prezidentinin Makrona bir iradı olacaqdır. Bundan öncə Makronu Fələstini tanımaq barədə olan bəyanatı ilə hətta ABŞ-nin baş katibinin çox kəskin bəyanatı olub. Fransa dövlətini belə bir addımdan çəkindirməyə çağırıb”.


Banuçiçək Qurbanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər