00:00:00
Yazar
Admin User
31.10.2025 05:39 139 1 dəq oxuma
Dünya

ABŞ və Hindistan müdafiə sahəsində çərçivə sazişi imzalayıb

ABŞ və Hindistan müdafiə sahəsində çərçivə sazişi imzalayıb

ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlıq üzrə çərçivə sazişi imzalayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

"Mən indi Racnat Sinqh (Hindistanın müdafiə naziri - red.) ilə ABŞ və Hindistan arasında müdafiə sahəsində əməkdaşlıq üzrə 10 illik çərçivə sazişini imzalamaq üçün görüşdüm. Bu, regional sabitliyin təməl daşı olan müdafiə tərəfdaşlığımızı gücləndirir. Biz koordinasiyamızı, məlumat mübadiləsini və texniki əməkdaşlığı təkmilləşdiririk. Müdafiə əlaqələrimiz heç vaxt belə möhkəm olmamışdı", - o qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər