00:00:00
Yazar
Elmira Ağayeva
21.04.2026 21:19 23 1 dəq oxuma
Siyasət

“ABŞ və İran arasında pərdəarxası diplomatiya davam edir”- ŞƏRH

“ABŞ və İran arasında pərdəarxası diplomatiya davam edir”- ŞƏRH

“Öhdəliklərə əməl etmək mənalı dialoqun əsasını təşkil edir”, bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə dialoq barədə danışarkən deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Pezeşkianın bu açıqlamasının mahiyyəti İranın ABŞ-yə tam etibar etməməsindən irəli gəlir:

 

“İran və ABŞ arasında münasibətlər gərgin olsa da, əlaqə tam kəsilmir. Birbaşa danışıqlardan daha çox pərdəarxası təmaslar adətən davam edir. Kompromis məsələsində vəziyyət ondan ibarətdir ki, tərəflər bir-birindən fərqli şeylər istəyir. ABŞ İrandan Hörmüz Boğazının hüquqi əsaslarla açılmasını və nüvə proqramının məhdudlaşdırılmasını istəyir. İran isə donmuş aktivlərinin qaytarılması və sanksiyaların götürülməsini tələb edir. Buna görə böyük razılaşma çətindir. Amma kiçik addımlarla, hissə-hissə anlaşmalar mümkün ola bilər.

Ümumilikdə, qarşıdurma qaçılmaz deyil, amma risk yüksək olaraq qalır. Tərəflər birbaşa müharibədən daha çox idarə olunan gərginlik modelinə üstünlük verirlər. Bu isə o deməkdir ki, yaxın perspektivdə tam barış yox, nəzarətli rəqabət və epizodik danışıqlar daha real ssenaridir”.

 

Nuray Əliyeva

#İran #ABŞ #Trump #Pezeşkian #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər