00:00:00
Yazar
Admin User
01.10.2025 16:54 102 2 dəq oxuma
Siyasət

ABŞ və Rusiya növbəti danışıqlar aparacaq

ABŞ və Rusiya növbəti danışıqlar aparacaq

Rusiya və ABŞ yaxın vaxtlarda səfirliklərin işi bağlı danışıqların növbəti raundunu keçirmək barədə razılığa gəliblər.


Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və hazırda ABŞ və Rusiya arasında olduqca ciddi siyasi, diplomatik problemlər mövcuddur:


"Xüsusilə də Bayden administrasiyası dövründə bu problemlər ən yüksək səviyyədə idi. Ancaq Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra siyasi, diplomatik münasibətlər nisbətən normallaşmağa doğru yönəldi. Xüsusilə də ABŞ və Rusiyanın yüksək rütbəli təmsilçiləri arasında siyasi, diplomatik təmaslar intensivləşmiş oldu. Ancaq bununla belə müəyyən problemlər hələ də qalmaqdadır. Bəzi məlumatlara görə, hər iki ölkənin səfirliklər, matların təmsilçiliyi və fəaliyyəti minimuma endirilib. məhdudlaşdırılıb. Amma son vaxtlar Rusiya, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə münasibətləri məhdud çərçivədən çıxarmaq üçün müəyyən cəhdlər göstərir, münasibətlərin normallaşdırılmasına cəhd göstərir. Əsas məsələ də ondan ibarətdir ki, Tramp administrasiyasının Rusiyaya yönəlik pozitiv münasibətinin qorunması məqsədilə Kreml siyasi, diplomatik təmasların yüksək səviyyədə olmasında maraqlıdır. Ancaq Kremlin son zamanlar aqressiv davranışları bunun qarşısını alır və belə anlaşılır ki, indi bu prosesin daha da etməsi münasibətlərin normallaşdırılması istiqamətində müəyyən cəhdlər göstərməkdədir və bu cəhdlər də müəyyən müzakirələrdən sonra mümkün ola bilər. Ancaq bu, başlanğıcdır və bunun hansı nəticələrlə yekunlaşacağı məlum deyil. Üstəlikdə son vaxtlar Tramp administrasiyasının Rusiyaya yönəlik münasibəti sərtləşməyə radikallaşmağa başlayıb və bunun da günahı Rusiyanın üzərindədir. Rusiyanın davranışları Amerika Birləşmiş Ştatlarına adekvat addımlar atmaq məcburiyyətində buraxır və bu baxımdan hesab etmək olar ki, ABŞ və Rusiya arasındakı siyasi diplomatik münasibətlərin məzmun və keyfiyyəti də, böyük ölçüdə Kremlin hərbi siyasi davranışlarından asılı olacaq“.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər