00:00:00
Yazar
Admin User
11.08.2025 15:54 109 1 dəq oxuma
Dünya

ABŞ və vasitəçilər Qəzzada atəşkəs danışıqlarının bərpası üzərində işləyir

ABŞ və vasitəçilər Qəzzada atəşkəs danışıqlarının bərpası üzərində işləyir

İsrailin dövlət televiziyası KAN, adının açıqlanmasını istəməyən israilli mənbəyə istinadla xəbər verib ki, Təhlükəsizlik Şurasının bəzi nazirlərinin etirazlarına baxmayaraq, Qəzza sektorunda atəşkəsə nail olmaq hələ də mümkündür.

 

Mənbənin sözlərinə görə, ABŞ bildirib ki, hətta Qəzza şəhərinin işğalı başlasa belə, əgər atəşkəs razılaşması əldə olunarsa, bu proses dayandırıla bilər.

 

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman ilə danışıqlar aparıb. Onlar bütün israilli əsirlərin azad olunmasını nəzərdə tutan mübadilə layihəsini müzakirə ediblər. Görüşün yeri və vaxtı açıqlanmır.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər