00:00:00
Yazar
Admin User
12.12.2025 14:20 54 1 dəq oxuma
Dünya

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ cümə axşamı Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edərək Prezident Nikolas Maduronun həyat yoldaşının üç qohumunu, həmçinin onlara bağlı altı neft tankeri və bir neçə gəmiçilik şirkətini hədəfə alıb. Vaşinqtonun bu addımı Karakas üzərində təzyiqi daha da artırmaq məqsədi daşıyır.

 

Qərar ABŞ-nin Cənubi Karib bölgəsində genişmiqyaslı hərbi güc yığınağı fonunda və Prezident Donald Trampın Maduronun hakimiyyətdən uzaqlaşdırılması istiqamətində apardığı kampaniya ilə eyni vaxtda verilib.

 

Tramp çərşənbə günü bildirib ki, ABŞ Venesuela sahilləri yaxınlığında sanksiya tətbiq olunan bir neft tankerini müsadirə edib.

 

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, sanksiyalar Venesuela neftini daşıyan altı gəmiçilik şirkətinə və altı xam neft tankerinə şamil olunur. Nazirlik tankerlərin “aldadıcı və təhlükəli daşınma praktikalarına” yol verdiyini və Maduronun “korrupsiyalaşmış narkoterror rejiminə” maliyyə qaynağı təmin etdiyini bildirib.

 

Sanksiya tətbiq edilən tankerlərdən dördü , o cümlədən 2002-ci ildə tikilmiş H. Constance və 2003-cü ildə tikilmiş Lattafa, Panama bayrağı altında üzür. Digər iki tanker isə Kuk adaları və Honq-Konqda qeydiyyatdadır.

 

PDVSA-nın daxili sənədlərinə görə, hədəfə alınan bu supertankerlər yaxın günlərdə Venesuelada xam neft yükləyiblər.

 

ANEWZ

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər