00:00:00
Yazar
Admin User
31.10.2025 17:09 136 1 dəq oxuma
Dünya

ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır

ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır

ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə zərbə endirməyi düşünmədiyini bildirib.


"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.


Tramp "Air Force One" təyyarəsində jurnalistlərlə söhbətində Venesuela ərazisinə hücum planları ilə bağlı sualı "yox", - deyə cavablandırıb.


Tramp həmçinin ABŞ-nin yeraltı nüvə sınaqlarını bərpa edib-etməyəcəyi ilə bağlı suala birbaşa cavab verməkdən imtina edib.


"Çox tezliklə bunu biləcəksiniz", - Tramp jurnalistlərə bildirib.


Xatırladaq ki, oktyabrın 30-da ABŞ Prezidenti Amerika ordusuna 33 illik fasilədən sonra dərhal nüvə silahı sınaqlarını bərpa etməyi əmr etdiyini açıqlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər