ABŞ-yə səfər xaricilər üçün daha baha olacaq
ABŞ-nin ən yaxın müttəfiqlərindən gələn ziyarətçilər tezliklə Tramp administrasiyasının "Bir Böyük Gözəl Qanun"unda qeyd olunan daha yüksək rüsumları ödəməli olacaqlar.Xüsusilə, Səyahət İcazəsi üçün Elektron Sistemlə (ESTA) bağlı ödənişlərin artırılması nəzərdə tutulur.Bu sistem viza azadolma programına daxil olan 40-dan çox ölkənin vətəndaşlarının səyahət müraciətlərini emal edir.
Bu ölkələr arasında Böyük Britaniya, Avstraliya,Yeni Zelandiya, İsrail,və Avropanın böyük hissəsi, həmçinin digər regionlardan bir neçə ölkə-o cümlədən Yaxın Şərqdə Qətər də var.
Prezident Trampın imzaladığı qanunun qəbulundan əvvəl,ESTA sisteminə müraciət edənlər məlum olduğu kimi,21 dollar ödəyiblər.İndi bu məcburi ödəniş sentyabrın 30-da təxminən iki dəfə artaraq 40 dollara çatacaq.
CNN
Nərmin Nəcəfova