00:00:00
Yazar
Admin User
17.09.2025 17:42 72 1 dəq oxuma
Dünya

ABŞ yumşalır, Aİ sərtləşir

ABŞ yumşalır, Aİ sərtləşir

ABŞ Belarusla münasibətlərdə yumşalma kursu götürüb, sanksiyaların bir hissəsini aradan qaldırıb və Minskdə səfirliyin açılmasını nəzərdən keçirir. Bunun əvəzində Aleksandr Lukaşenko 52 siyasi məhbusu azad edib. ABŞ hərbi müşahidəçilərinin “Zapad-2025” təlimlərinə qatılması da diqqət çəkib.

 

Eyni zamanda, NATO və Aİ ölkələrinin əksəriyyəti, xüsusən Polşa, Belarusla gərgin münasibətlər saxlayır. Varşava sentyabrın 12-də sərhədi bağlayıb, Belarus diplomatı ölkədən çıxarılıb. Minsk isə bu addımın Polşa və digər Avropa ölkələrinin öz iqtisadi maraqlarına zərbə vurduğunu bildirir.

 

Bunun fonunda Belarus Macarıstan, Slovakiya və Türkiyə ilə münasibətləri inkişaf etdirir, regional əməkdaşlıq layihələri həyata keçirir. Minsk həmçinin Avropada sülh dialoqu üçün yeni platforma kimi ənənəvi “Minsk konfransını” təklif edir.

 

Belarus rəhbərliyi ümidini daha çox ABŞ-lə münasibətlərin yaxşılaşmasına bağlayır, Trampın Avropanı kənarda qoyaraq ŞƏT və BRİKS ölkələri ilə dialoqa üstünlük verməsini doğru addım hesab edir.

 

Caliber

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər