00:00:00
Yazar
Səmayə Səftərova
14.10.2026 21:52 22 1 dəq oxuma
Dünya

ABŞ yüz minlərlə kamikadze dronu silahlanmaya qəbul etməyi planlaşdırır

ABŞ yüz minlərlə kamikadze dronu silahlanmaya qəbul etməyi planlaşdırır

Pentaqon 2026-cı ilin sonunadək ABŞ hərbçilərinin silahlanmasına yüz minlərlə kamikadze dronu daxil etməyi planlaşdırır.

 

 "İnformator.az" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset məlumat verib.

 

Heqsetin sözlərinə görə, Pentaqon pilotsuz uçuş aparatları (PUA) sahəsində üstünlüyün təmin edilməsi üçün 1 milyard dollar maliyyə vəsaiti əldə edib. O qeyd edib ki, nazirlikdə birdəfəlik istifadə üçün nəzərdə tutulan pilotsuz sistemlərin hazırlanması üzrə proqramlar olmayıb. Lakin bu il yüz minlərlə belə sistemin silahlanmaya daxil edilməsi planlaşdırılır. Sonrakı illərdə isə onların sayı indiyədək görünməmiş sürətlə artaraq milyonlarla ölçüləcək.

 

Qeyd edək ki, sentyabrın 30-da Pentaqon rəhbəri pilotsuz sistemlər üzrə ixtisaslaşacaq yeni ABŞ hərbi komandanlığının yaradıldığını açıqlayıb. Heqset bildirib ki, komandanlığın əsas vəzifəsi ABŞ Silahlı Qüvvələrinin avtonom və robotlaşdırılmış vasitələrdən istifadə imkanlarını genişləndirmək olacaq.

#Pit Heqset #Pentaqon #dron
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər