00:00:00
Yazar
Admin User
07.08.2025 11:10 131 1 dəq oxuma
Dünya

ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır

ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır

Zəngəzur dəhlizi açılacaq və Tramp marşrutu adlanacaq.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında paylaşım edib.

 

Jurnalistin sözlərinə görə ABŞ ilə Ermənistan Respublikası sazişə görə Zəngəzur dəhlizi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu adlandırılacaq: "Bu layihə Ermənistanın cənub hissəsindən keçən bir marşrutun inşasını nəzərdə tutur. Sözügedən marşrut Azərbaycanın materik hissəsindən Naxçıvana maneəsiz kommersiya çıxışı təmin edəcək".

 

A.Raufoğlu ABŞ-nin Ermənistana qonşun göndərməyəcəyini də qeyd edib: "ABŞ bu marşruta qoşun göndərməyəcək, lakin onun təhlükəsiz istismarı üçün məsuliyyəti öz üzərinə götürəcək və bu məqsədlə birinci dərəcəli operatorlarla kommersiya razılaşmaları bağlayacaq".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər