00:00:00
Yazar
Zəhra Həsənova
10.04.2026 21:48 21 1 dəq oxuma
İdman

Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək

Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə yeniyetmə cüdoçular üçün texniki bilik və bacarıqların qiymətləndirilməsinə yönəlmiş yeni yanaşma tətbiq olunur. İmtahan və yarış nəticələrinin birgə qiymətləndirilməsi sistemi diqqət çəkir.


Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib ki, yarış nəticələri ilə yanaşı texniki imtahanın da ümumi bala təsir etməsini çox müsbət qiymətləndirirəm:

 

"Azərbaycan Cüdo Federasiyası yeniyetmə və gənc cüdoçuların peşəkar idmançı kimi yetişməsi, püxtələşməsi istiqamətində mütəmadi olaraq mütərəqqi üsul və metodlardan uğurla istifadə edir. Haqqında söhbət gedən texniki bilik və bacarıqların qiymətləndirilməsinə yönəlmiş bu yanaşma da onlardan biridir. Federasiya təxminən 1 ay əvvəl bu metodu U-14 liqa yarışlarında tətbiq edib, bir neçə gündən sonra isə 17 yaşlılarda sınaqdan keçiriləcək. Məqsəd cüdoçuların texniki hazırlığının davamlı xarakter almasına nail olmaqdır. Bu isə yüksək nəticələr əldə edilməsində olduqca vacib amildir".


Müsahibin sözlərinə görə, məhz bu sistemin tətbiqi sayəsində həm idmançıda, həm də məşqçidə ilk olaraq məsuliyyət hissi xeyli artacaq:


"Cüdoçularda texniki fəndləri yetərincə mənimsəmək, onların dəqiq icrasına daim hazır olmaq, texniki fəndlərin kombinasiyalı tətbiqini icra etmək kimi müsbət keyfiyyətlər formalaşacaq. Nəticədə yeniyetmə və gənc tatami ustalarımız beynəlxalq arenada mübarizə meydanlarına hərtərəfli hazır, yüksək texnikalı peşəkar idmançı kimi atılacaqlar" .


Zəhra Möhübbətova

#yeni #kompleksində #xəbər #olimpiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər