00:00:00
Yazar
Admin User
15.12.2025 12:33 110 2 dəq oxuma
Siyasət

Adil Kərimli BMT Sivilizasiyalar Alyansının forumunda multikulturalizmi vurğulayıb

Adil Kərimli BMT Sivilizasiyalar Alyansının forumunda multikulturalizmi vurğulayıb

Mədəniyyət naziri Adil Kərimli dekabrın 14-də Ər-Riyadda keçirilən BMT Sivilizasiyalar Alyansının yüksək səviyyəli görüşündə çıxış edərək Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin əhəmiyyətini vurğulayıb. O, dinlərarası dialoqun təşviqi və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlıqdakı rolundan danışıb.

 

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyindən aldığımız məlumata əsasən, Azərbaycan BMT Sivilizasiyalar Alyansı çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində həm konseptual, həm də praktik töhfələr verə biləcək ölkələr sırasındadır:

 

“Ölkəmiz uzun illərdir multikulturalizm və tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirir və bu təcrübəni beynəlxalq platformalarda bölüşür. Xüsusilə Bakı Prosesi çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, eləcə də Şuşada dini liderlərin iştirakı ilə qəbul olunmuş Bəyannamə Azərbaycanın UNAOC təşəbbüslərində dialoq platformalarının təşkili və məzmununun formalaşdırılması baxımından mühüm rol oynaya biləcəyini göstərir. Azərbaycanda multikultural dəyərlər yalnız ictimai münasibətlərin tərkib hissəsi deyil, sistemli və institusional dövlət siyasətidir. Bu yanaşma Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlara, dini etiqad azadlığına və mədəni müxtəlifliyin qorunmasına əsaslanır. Dövlət bu sahədə həm daxili siyasət, həm də beynəlxalq fəaliyyət müstəvisində ardıcıl addımlar atır. Bakı Prosesi, İslamofobiya ilə mübarizə üzrə beynəlxalq konfranslar, eləcə də mədəniyyətlərarası dialoq mövzusunun Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışlarında vurğulanması bu siyasətin dövlət səviyyəsində prioritet olduğunu bir daha təsdiqləyir. BMT Sivilizasiyalar Alyansının yüksək səviyyəli forumu Azərbaycan üçün mədəni diplomatiya imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır. Forum çərçivəsində aparılan müzakirələr ölkəmizin beynəlxalq təşkilatlar daxilində etibarlı və konstruktiv tərəfdaş kimi mövqeyini gücləndirir. Eyni zamanda, dinlərarası dialoq, İslamofobiya ilə mübarizə və postmünaqişə dövründə sülhün təşviqi kimi mövzular üzrə Azərbaycanın mövqeyi beynəlxalq gündəliyə daha sistemli şəkildə inteqrasiya olunur. Bu cür platformalar Azərbaycanın regionda və qlobal miqyasda dialoqa töhfə verən ölkə kimi rolunu möhkəmləndirir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər