00:00:00
Yazar
Admin User
21.08.2025 10:08 71 2 dəq oxuma
Dünya

Adil Şükürov: "Kəpəz"in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam

Adil Şükürov: "Kəpəz"in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam

"Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib. 

 

"İnformator.az" "Teleqraf"a istinadən həmin müsahibəni oxuculara təqdim edir:


- Adil müəllim, təxminən bir illik fasilədən sonra yenidən “Kəpəz”ə qayıtdınız. Əvvəlki “Kəpəz”lə indiki arasında hansı fərqləri görürsünüz?

 

- Yenidən bu böyük klubda olmaq çox qürurvericidir və məsuliyyətlidir. Yeni klub rəhbərliyinə təşəkkür edirəm ki, inanıb bu şansı mənə yenidən verdilər. İnşallah, mən də öz tərəfimdən onu deyə bilərəm ki, “Kəpəz”in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam. Bu mənim üçün bir prinsipdir və inşallah bu il “Kəpəz” əvvəlki olduğum dönəmin kollektivindən üstün olacaq. Bunun üçün başda sədrimiz Adil müəllim, eləcə də Fərman Əlizadə və idarə heyətinin digər üzvləri klubda istənilən imkanları təşkil ediblər. Futbolçuların inkişafı çox vacibdir və “Kəpəz”də də lazım olan şərait var. Komandanın bazası demək olar ki, tam olaraq əsas komandanın ixtiyarına verilib. Yaxın keçmişdə, mənim komandada olduğum dövrdə çox istəyirdim ki, məşqdən əvvəl və sonra komandanın qidalanması təmin olunsun. Komanda üzvləri mənim “Kəpəz”də oynadığım dövrlərdə olduğu kimi, əvvəlcədən bazaya gələrək otaqlarda istirahət edib məşqə çıxsınlar. Yeni rəhbərliyin gəlişindən sonra futbolçuların qidalanması təmin olunub. Komandanın bazada birlikdə daha çox vaxt keçirməsi kollektivin formalaşmasına səbəb olur. Bundan əlavə, sədrimiz bildirib ki, III MDB Oyunlarından sonra Akademiyanın məşq meydançalarında işıqlandırma işləri də həyata keçiriləcək

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər