00:00:00
Yazar
Admin User
19.07.2025 18:22 92 1 dəq oxuma
Dünya

ADSEA media nümayəndələri ilə görüş təşkil edib

ADSEA media nümayəndələri ilə görüş təşkil edib

Həsən bəy Zərdabidən başlanan əzəli yolun - Milli Mətbuatın 150 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ölkənin bir çox kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş təşkil edib.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, görüşdə müxtəlif media orqanlarını təmsil edən jurnalistlər bir araya gəlib.


ADSEA-nın rəhbər şəxsləri jurnalistləri təbrik edərək bildiriblər ki, mətbuat cəmiyyətin güzgüsüdür və ictimai rəyə təsir edən əsas qüvvələrdən biridir. Xüsusilə su ehtiyatlarının idarə olunması, ekoloji problemlər, dayanıqlı inkişaf kimi sahələrdə medianın rolu danılmazdır.

 

Görüş səmimi və xoş atmosferdə keçib, agentliyin rəhbər şəxsləri media nümayəndələrini təbrik edərək cəmiyyətin məlumatlandırılması istiqamətində göstərdikləri birgə səyə görə onlara təşəkkürlərini bildiriblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər